Daha bir azərbaycanlı məşhur universitetə qəbul olundu - Foto

daha-bir-azerbaycanli-meshur-universitete-qebul-olundu
Oxunma sayı: 3738

Beynəlxalq riyaziyyat olimpiadasının qızıl medalçısı Məhəmməd Şirinov ABŞ-ın Stanford Universitetinin magistratura proqramına qəbul olunub.

 “Qafqazinfo” xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin lisey, gimnaziya və özəl ümumtəhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev məlumat verib.

O qeyd edib ki, Məhəmməd Şirinov bir neçə dəfə milli komandamıza beynəlxalq olimpiadalarda rəhbərlik edib. Respublika və Beynəlxalq Riyaziyyat olimpiadalarının dəfələrlə qızıl, gümüş, bürünc medalçısı olub.