Daha bir baş nazir istefasını açıqladı

daha-bir-bas-nazir-istefasini-aciqladi
Oxunma sayı: 1811

Qırğızıstan baş naziri Temir Sariev istefa verdiyini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o bildirib ki, ağır şayiələr cəmiyyətdə stabilliyi pozur və bu səbəbdən baş nazir kimi istefa verir. Bu sözləri Sariev Nazirlər Kabinetinin növbədənkənar iclasında səsləndirib.

Qeyd edək ki, Qırğızıstan Nazirlər Kabinetində qalmaqal Balıkçı-Tamçı-Çolpon-Ata-Korumdu avtomobil yolunun yenidən qurulması çərçivəsində dövlət satınalmalarının yoxlanılması komissiyasının gördüyü işlərin nəticəsinin elan edilməsindən sonra başlayıb. Məlum olub ki, Çin şirkətinin qalib gəldiyi tenderin keçirilməsi zamanı qanunsuzluğa yol verilib.

Baş nazir nəqliyyat nazirini istefaya çağırsa da, nazir də öz növbəsində baş naziri digər bir şirkətin maraqlarını qorumaqda ittiham edib.