Daha bir binadan qopan daş təhlükə yaratdı

daha-bir-binadan-qopan-das-tehluke-yaratdi
Oxunma sayı: 2508

Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində daş parçası asılı vəziyyətdə qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər daş parçasını müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.