Daha bir boksçu rinqdə öldü

daha-bir-bokscu-rinqde-oldu
Oxunma sayı: 2815

Argentinalı boksçu Uqo Santilyan rinqdə ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı idmançının uruqvaylı Eduardi Abreu ilə qarşılaşmasında qəfil halı pisləşib. Xəstəxanaya aparılan Santilyanın iki dəfə ürəyinin dayandığı və nəfəsinin kəsildiyi məlum olub.

Qeyd edək ki, Uqo Santilyan Cənubi və Latın Amerikasının çempionudur.