Daha bir Cənubi Amerika ölkəsində koronavirus tapıldı

daha-bir-cenubi-amerika-olkesinde-koronavirus-tapildi
Oxunma sayı: 1468

Kolumbiyada koronavirusa ilk yoluxma faktı qeydə alınıb. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Söhbət İtaliyadan qayıdan 19 yaşlı kolumbiyalı qızdan gedir.

“Milandan gələn vətəndaş özündə simptomlar aşkarlayıb və müvafiq analizlərin keçirilməsi üçün həkimlərə müraciət edib. Milli Sağlamlıq İnstitutu götürülən nümunələrin müsbət nəticəsini təsdiq edib”, - qurum Tvitterdə yazıb.

Qeyd edək ki, Cənubi Amerika ərazisində koronavirusa yoluxma halları Ekvador, Argentina, Çili, Peru və Braziliyada qeydə alınıb.