Daha bir cüdoçumuz Olimpiada ilə erkən vidalaşdı

daha-bir-cudocumuz-olimpiada-ile-erken-vidalasdi
Oxunma sayı: 4592

Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Von Jin Kim (Cənubi Koreya) ilə üz-üzə gəlib.

Rəqibini uduzan Ağayev mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, bundan əvvəl qadın cüdoçumuz Leyla Əliyeva da yarışların 1/16 finalında mübarizəni dayandırıb.