Daha bir deputat jurnalistləri pislədi

daha-bir-deputat-jurnalistleri-pisledi
Oxunma sayı: 1364


“Qafqazinfo” xəbər verir ki,  deputat qeyd edib ki, hər bir millət vəkilinin çıxış etmək hüququ var: 

“Bəzən çıxışa yazılırsa. Amma vaxt çatanda müzakirələr dayandırılır. Söz verilmir. Bəzi millət vəkilləri yerdən “kifayətdir, çıxışlar dayandırılsın” deyirlər. Bu da düzgün deyil. Bununla onlar öz həmkarlarının çıxış etmək hüququnu pozurlar.”

Deputat həmçinin çıxışında Azərbaycan jurnalistlərinin fəaliyyətinə də münasibət bildirib: “ Düzdür, bu gün Azərbaycanda peşəkar olan jurnalistlər də var. Amma onlar çoxluq təşkil etmir. Bu da nəticə etibarilə Azərbaycan mediasının səviyyəsinə mənfi təsirini göstərir. Ciddi yazılar əvəzinə çox zaman mediada qeyri-ciddi, dedi-qodu xarakterli yazılar yazılır ki, bu da məhz həmin qeyri-peşəkarlığının nəticəsidir”.

Millət vəkilinin fikirlərinə münasibətini bildirən spiker O. Əsədov G. Baxşaliyevaya öz iradını bildirib: 

“Gövhər xanım siz çıxışınızı iradla başladınız. Burada hər kəsə çıxış etmək üçün imkan yaradılır. Milli Məclis kollektiv orqandır. Və onun rəyi əsas götürülür. Kim təkid edəndə ona çıxış etmək üçün söz verməmişik?  İstəyirsiniz, gələn dəfədən cari məsələlərin müzakirəsi üçün ayrılan yarım saatlıq vaxtı bir saata qaldıraq”. 

Bundan sonra söz alan deputat Məlahət İbrahimqızı gündəlikdəki məsələdən yox, günün müzakirə mövzusuna çevrilən L. Yunus məsələsindən danışıb:

“ L. Yunusu elə bilirəm ki, Azərbaycanda tanımayan adam yoxdur. Bu adam Şuşanın və Laçının işğalı zamanı Rəhim Qazıyevin yanında işləyib və onun kimlərə nə məlumatlar ötürdüyü hamıya bəllidir”

Bu zaman M. İbrahimqızının çıxışı spikeri hövsələdən çıxarıb:

“ Mən bir az öncə də bildirdim ki, gündəlikdə olan məsələlərdən danışın. Mən axı Azərbaycan dilində danışıram. Özüm də Azərbaycan dilində orta məktəbi qurtarmışam. Və öz fikrimi də dəqiq ifadə edə biliəm. Bir daha qeyd edirəm ki, əgər başqa məsələlərdən danışmaq istəyirsinizsə, cari məsələlər üçün ayrılan vaxtı artıraq”.