Daha bir doğuş faciəsi - Ana öldü

daha-bir-dogus-faciesi
Oxunma sayı: 2845

Siyəzən rayonunda ana ölümü baş verib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, rayon sakini Aytən Qasımova ötən gün Siyəzən Regional Diaqnostika Mərkəzinin doğum şöbəsinə yerləşdirilib.

Qadın doğuş zamanı dünyasını dəyişib, dünyaya gətirdiyi övladının isə vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırmalar aparılır.