Daha bir əfsanə futbolla vidalaşdı

daha-bir-efsane-futbolla-vidalasdi
Oxunma sayı: 652

“Qafqazinfo” xəbər verir ki, 36 yaşındakı futbolçu vəkili vasitəsilə açıqlama verib və aktiv futbola nöqtə qoyduğunu bildirib.

Futbol həyatı boyunca onu dəstəkləyən azarkeşlərinə, eləcə də ailəsinə təşəkkür edən Ballack artıq həyatında yeni səhifə açmaq istədiyini ifadə edib.

Xatırladaq ki, Michael Ballack “Bayern Münih”, “FC Kaiserslautern” və “Bayer Leverkusen” komandalarında oynayarkən 4 dəfə Almaniya çempionluğunu dadıb. Həmçinin İngiltərənin “Chelsea” klubunun tərkibində də 1 dəfə Liqa çempionu olub.

Alman millisində oynayarkən dünya çempionatında 2002-ci ildə ikinciliyi, 2006-cı ildə üçüncülüyü və 2008-ci ildə Avropa çempionatında ikinciliyi əldə edib.

Sevinc