Daha bir erməni hərbçinin meyitinin qalıqları tapıldı

daha-bir-ermeni-herbcinin-meyitinin-qaliqlari-tapildi
Oxunma sayı: 1195

İşğaldan azad olunmuş Füzuli rayonunda daha bir erməni hərbçisinin meyitinin qalıqları aşkarlanıb.

“Qafqazinfo” erməni mətbuatına istinadən xəbər verir ki, axtarışları bir dəstə aparır.

Məhkəmə-tibbi ekspertizasının nəticələrinə əsasən hərbçinin şəxsiyyəti müəyyən ediləcək.

Qeyd edək ki, Qarabağda aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1702 nəfərin meyiti və qalıqları tapılıb və Ermənistan tərəfinə təhvil verilib.