Daha bir erməni hərbçinin meyitinin qalıqları təhvil verildi

Daha bir erməni hərbçinin meyitinin qalıqları təhvil verildi
Oxunma sayı: 1260

Qarabağdakı döyüşlər zamanı ölən daha bir erməni əsgərin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb. Bildirilir ki, ölən əsgərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Qeyd olunub ki, atəşkəsin elan olunmasından bəri döyüş bölgəsində 1552 erməni əsgərin meyitləri aşkarlanıb.