Daha bir erməni hərbçinin meyitinin qalıqları təhvil verildi

daha-bir-ermeni-herbcinin-meyitinin-qaliqlari-tehvil-verildi
Oxunma sayı: 1032

Qarabağda 44 günlük müharibə zamanı ölən daha bir erməni hərbçinin cəsədinin qalıqları aşkar olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Cəsəd Cəbrayılda tapılıb. Onun şəxsiyyəti məhkəmə-tibbi ekspertizadan sonra müəyyən ediləcək.

Bildirilir ki, 2020-ci il noyabrın 9-u imzalanan bəyanatdan sonra bu günə qədər hərbi əməliyyatların həyata keçirildiyi ərazilərdə 1708 erməni hərbçinin cəsədi və cəsədinin qalıqları aşkarlanıb.