Çexiya yığmasının boksçusu Erik Aqapetelyan Bakıda iyunun 16-dan 25-nə qədər keçiriləcək lisenziyalı olimpiya turnirində iştirak etməyəcək.
“Qafqazinfo”nun Ans press-ə istinadən məlumatına görə, erməni əsilli boksçu Azərbaycan ilə Ermənistan arasında hökm sürən müharibə şəraiti ilə bağlı bu qərara gəldiyini deyib.
“Mən Ermənistanda anadan olmuşam. Biz Azərbaycan ilə müharibə aparırıq və mən ora getməyə qorxuram. Olimpiada mənim üçün vacibdir, amma həyatım daha qiymətlidir. Ermənistan yığması da Bakıya getməkdən imtina edib”.
Erməni idmançının bu addımı Çexiya Boks Federasiyasının rəhbəri Svyatopluk Zaçeki hiddətləndirib. O, boksçunun qərarını biabırçılıq kimi qiymətləndirib. “Almaniya yığmasındakı ermənilər də Bakıya getməkdən qorxub”.
Son xəbərlər
Son Xəbərlər