Daha bir əsgər itkisi

daha-bir-esger-itkisi-
Oxunma sayı: 680

«MilAz» İnformasiya Agentliyinin məlumatına görə, Qazax rayon Hərbi Komissarlığından əsgəri xidmətə çağırılan 1989-cu il təvəllüdlü Fərrux Hüseynov günvurmadan ölüb.

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev AzadlıqRadiosuna əsgər Fərrux Hüseynovun ölümü faktını təsdiqləsə də, hadisənin günvurmadan baş verdiyini təkzib edib. T.Abdullayev ölümün səbəblərinin araşdırıldığını bildirib.

«MilAz»ın başqa bir məlumatında isə iyulun 21-də daha bir əsgərin vəfat etdiyi bildirilir:

«Qeyr-rəsmi mənbələrdən «MilAz»a verilən məlumata görə, əsgər Nizaməddin İbrahimov iyulun 21-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində ölüb. İlkin məlumatlara görə, hərbçilər arasında içməli su üstündə düşən mübahisə nəticəsində N.İbrahimov döyülüb və boğulub».