Daha bir əsgər özünü güllələdi

daha-bir-esger-ozunu-gulleledi
Oxunma sayı: 1909


Hərbi hissənin əsgəri, 19 yaşlı Xaqani Manaf oğlu Hüseynov təhlükəsizlik qaydalarının pozulması nəticəsində tabeliyindəki avtomat silahdan açılan atəşlə yaralanıb. Ayağından güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi başlanıb və hərbi prokurorluq tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, X. Hüseynov Şəmkir rayonundan həqiqi hərbi xidmətə çağırılıb.