Hərbi hissənin əsgəri Kamran Rüstəm oğlu Cəlilov tabeliyindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, K. Cəlilov Lənkəran rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
Son xəbərlər
Son Xəbərlər