Daha bir fubolçu “Bakı”nı tərk etdi

daha-bir-fubolcu-bakini-terk-etdi
Oxunma sayı: 924


“Mən artıq “Bakı”nın futbolçusu deyiləm. Üzləşdiyimiz problemlər həll olunmadı və bu səbəbdən özümüzə yeni klub tapmağa məcbur olduq”. Qafqazinfo” xəbər verir ki, bu sözləri apasport.az saytına milli komandamızın futbolçusu Cavid Hüseynov deyib. O, bildirib ki, növbəti mövsümdən “İnter” klubunun şərəfini qoruyacaq.

 26 yaşlı futbolçu artıq bütün məsələlərdə razılıq əldə olunduğunu və yalnız müqavilə bağlamaq üçün “bankirlər”dən cavab gözlədiyini söyləyib: “İnter”lə bütün məsələlərdə razılıq əldə etmişəm. Sadəcə, müqavilə imzalamaq qalır. Yəqin ki, yaxın günlərdə rəsmi müqaviləyə imza atacağam”.

 Qeyd edək ki, Hüseynov əvvəllər də “İnter”də çıxış edib. O, 2007/2008, 2008/2009 və 2009/2010-cu illərdə paytaxt klubunda top qovub. Həmin illərdə “bankirlər”in heyətində 23 oyun keçirən yarımmüdafiəçi 3 qol vurub.