İsveç millisinin sabiq hücumçusu Yohan Elmander karyerasını bitirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə futbolçu özünün şəxsi “instaqram” səhifəsində məlumat verib.
Veteran hücumçu fikirlərini belə izah edib: “Artıq karyeramı bitirmək və yeni nəslə yol açmaq vaxtıdı. İlk öncə ailəmə, həmçinin, bu günə kimi şərəfini qoruduğum bütün klublara, onların azarkeşlərinə bu yolu mənimlə birlikdə getdiklərinə görə təşəkkür edirəm”.
Elmander “Qalatasaray”ın baş məşqçisi Fatih Terimin köməkçisi təyin olunacaqsınızmı?” sualına belə cavab verib: “İndi bu barədə danışmaq istəmirəm. Diqqətimi bu gün qəbul etdiyimi qərara yönəltmişəm”.
Qeyd edək ki, 36 yaşlı hücumçu karyerası ərzində “Feyenoord”, “Brondbü”, “Tuluza”, “Bolton”, “Qalatasaray”, “Norviç” kimi komandalarda oynayıb. Onun son klubu İsveçin ikinci liqa təmsilçisi “Erqrute” olub. 2002-2015-ci illər aralığında İsveç millisinin şərəfini qorumuş Elmander, yığmada keçirdiyi 85 oyunda 20 qol vurub.
Son xəbərlər
Son Xəbərlər