Daha bir gənc futbolçu həyatını itirdi

daha-bir-genc-futbolcu-heyatini-itirdi
Oxunma sayı: 641

“Qafqazinfo”nun verdiyi məlumata görə, gənc futbolçu xərçəng xəstəsi idi.
2011-ci ilin martında müalicəyə başlayan və futbol karyarasına son verən ispaniyalı Roke dünən Barselonadakı Deksus klinikasında vəfat edib.

Qeyd edək ki, Miki Roke karyerasına Kataloniyanın “Lleyda” komandasında başlayıb. 2005-ci ildə “Liverpul”a transfer olunan futbolçu 4 il komandada qalsa da, bu müddətdə Roke “Oldhem Atletik”, “Xerez” və “Kartagena” klublarında icarə əsasında çıxış edib. Mərkəz müdafiəçisi mövqeyində oynayan futbolçunun son klubu “Real Betis” olub. Roke İspaniyanın 19 yaşadək futbolçulardan ibarət yığmasının da formasını geyib.

Ceyhun Əhmədov