Daha bir gənc qız intihar etdi

daha-bir-genc-qiz-intihar-etdi
Oxunma sayı: 4126

Sabirabadda intihar hadisəsi baş verib. 

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qalağayın kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 17 yaşlı Hacıxanım Mustafa qızı Mehdizadə damda özünü asaraq intihar edib. İntiharın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.