Azərbaycanın yunan-Roma güləşçisi Ziya Babaşov Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
“Qafqazinfo” xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda moldovalı Vitali Yeriomenkoya 3:2 hesabı ilə qalib gəlib.
55 kiloqramda yarışan Rəşad Məmmədov isə ukraynalı İvan Stefanskini 7:0 hesabı ilə məğlub edərək qitə üçüncüsü olub.
Bu gün, Xasay Həsənli (77 kiloqram) final, Laçın Vəliyev (87 kiloqram) isə bürünc medal görüşünə çıxacaq.
Nihad Quluzadə (60 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) isə sabah finalda mübarizə aparacaqlar.
Qeyd edək ki, Avropa çempionatı mayın 26-da başa çatacaq.
***
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatının qalibi olub.
“Qafqazinfo” xəbər verir ki, Xasay Həsənli (77 kq) finalda türkiyəli Yüksəl Sarıçiçeklə üz-üzə gəlib və rəqibini üstələyib.
Qeyd edək ki, digər güləşçimiz Ziya Babaşov (63 kq) da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rəşad Məmmədov (55 kq) isə turnirin bürünc mükafatına sahib çıxıb.
Son xəbərlər
Son Xəbərlər