Daha bir güləşçimiz medal qazandı

daha-bir-gulescimiz-medal-qazandi
Oxunma sayı: 1327

Azərbaycanın daha bir güləşçisi İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında medala sahib olub.

"Qafqazinfo" xəbər verir ki, 87 kiloqram çəki dərəcəsində mübarizə aparan İslam Abbasov qitə birinciliyində bürünc medalla kifayətlənib. İdmançımız üçüncü yer uğrunda görüşdə litvalı Eyvidas Stankeviçyusdan 6:2 hesabı ilə üstün olub.

İ.Abbasov ilk mərhələdə belaruslu rəqibi Kiril Maskeviçə 3:2, polşalı Arkadiuş Kuliniçə 3:1, Bolqarıstan təmsilçisinə 4:3 hesabı ilə qalib gələrək yarımfinala adlayıb. Ancaq finalın bir addımlığında son dünya çempionatının gümüş medalçısı olmuş macarıstanlı idmançıya məğlub olduğundan ikinci yarış günündə bürünc medal üçün güləşib. Litva təmsilçisinə qalib gələn İ.Abbasov Avropa üçüncüsü olub.