Daha bir hakimimiz beynəlxalq dərəcə aldı

daha-bir-hakimimiz-beynelxalq-derece-aldi
Oxunma sayı: 644

Azerisport.az xəbər verir ki, iclasda Faiq Qarayev, Elşən İsmayılov və vitse-prezidentlər də iştirak ediblər.

İclasda 2011-2012-ci il mövsümündə ölkə çempionatında və Avropa yarışlarında hakimlik edən hakimlərimizin illik statistikası təqdim olunub. Statistikaya əsasən I, II, III yerləri Eldar Zülfüqarov, Vüqar Cəfərov və Murad Əbdürahmanzadə tutublar.

Bundan əlavə iclasda Azərbaycan Voleybol Federasiyası Hakimlər Kollegiyasının iclasının Gündəliyi təqdim olunub:

Hakimlər Kollegiyasının iclasının Gündəliyi:
1. 2011/2012 il mövsümü üzrə Beynəlxalq, Azərbaycan Çempionatı (Super Liqa, Əvəzedici Heyət, Birinci Liqa) yarışlarında hakimlik işlərinin yekunları
2. 2011/2012 il mövsümünün yekunlarına görəən yaxşı hakimin müəyyən edilməsi və Vüqar Cəfərova “Beynəlxalq dərəcəli hakim” adının verilməsi
3. 2012/2013 il mövsümüərəfəsində hakimlərin respublika seminarının keçirilməsi
4. Hakimlərə müvafiq dərəcələrin verilməsi, onların qeydiyyatı və siyahıların müəyyənləşdirilməsi

Hakimlər Kollegiyasının iclasının sonunda Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev Vüqar Cəfərova Beynəlxalq Voleybol Fedrasiyasının “Beynəlxalq dərəcəli Hakim” sertifikatını təqdim edib.

Beləliklə Beynəlxalq dərəcəli Hakimlərimizin sayı 4-ə yüksəlib. Qeyd edək ki, 2005-ci ildən Eldar Zülfüqarov, Eldar Əliyev, 2011-ci ildən Konstantin Selin də beynəlxalq dərəcəli hakim hesab olunurdu.