Daha bir hakimimizə beynəlxalq təyinat

daha-bir-hakimimize-beynelxalq-teyinat
Oxunma sayı: 1358

FİFA referisi Elçin Məsiyev beynəlxlq oyuna təyinat alıb.

“Qafqazinfo” AFFA-nın saytına istinadən xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 6-da keçiriləcək Lüksemburq – İtaliya qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim Kamal Umudlu olacaq.

Qeyd edək ki, iyunun 6-ı keçiriləcək sözügedən qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.