Vətən Müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.
"Qafqazinfo" xəbər verir ki, söhbət MAXE əsgər Aslanov Bəxtiyar İlqar oğlundan gedir.
1998-ci il təvəllüdlü şəhidimizin nəşi Murovdağ istiqamətində tapılıb.
Sonuncu dəfə ailəsi ilə müharibə başladığı gün danışan Aslanov Bəxtiyar sabah Naftalanda torpağa tapşırılacaq.
Qeyd edək ki, şəhidimiz Şuşa şəhərindəndir.
Allah rəhmət eləsin!
Son xəbərlər
Son Xəbərlər