Daha bir hərbçinin nəşi tapıldı

daha-bir-herbcinin-nesi-tapildi
Oxunma sayı: 2844

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin nəşi tapılıb.

“Qafqazinfo” xəbər verir ki, 1991-ci il yanvarın 1-də Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olan Nağıyev Pərviz Güloğlan oğlunun nəşi Murovdağ ərazisində tapılıb.

Vətən müharibəsi zamanı sentyabrın 27-də çavuş Pərviz Nağıyev Murovdağ döyüşləri zamanı itkin düşüb.

Qeyd edək ki, Pərviz Nağıyev evli olub, 6 və 4 yaşlarında iki oğlu var.

***

P. Nağıyevin nəşi hazırda Gəncə şəhərindən Tovuz rayonuna gətirilir. O, bu gün Tovuz rayonunda dəfn ediləcək.