Rəsul Cəfərovun vəkili Xalid Bağırov "Azadlıq" radiosuna deyib ki, o, müvəkkilinin ardınca Baş Prokurorluğa gedir.
Virtualaz.org saytının hüquq-mühafizə orqanlarından əldə etdiyi xəbərə görə isə R.Cəfərov bir neçə dəqiqə öncə Baş Prokurorluqdan Nəsimi Rayon Məhkəməsinə aparılıb.
***
"Qafqazinfo" xəbər verir ki, bu barədə onun yaxınları "Facebook"da yazıblar.
Meydan TV-nin məlumatına görə, iki gün öncə Rəsul Cəfərov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib, daha sonra isə evində axtarış aparılıb. Rəsul Cəfərov hazırda da bu İdarədədir. Vəkil Xalid Bağırov onunla görüşmək üçün İstintaq İdarəsinə gedib.
Son xəbərlər
Son Xəbərlər