Daha bir idmançımız üçün Olimpiada bitdi

daha-bir-idmancimiz-ucun-olimpiada-bitdi
Oxunma sayı: 2542

Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Paris Yay Olimpiya Oyunlarında ikinci görüşünə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, o,  bu görüşdən də məğlub ayrılıb.  

Bu turda Kirsti Gilmura (Böyük Britaniya) 0:2 (13:21, 11:21) hesabı ilə uduzan 20 yaşlı idmançımız Olimpiya Oyunlarında çıxışını başa vurub. O, ilk turda Çin təmsilçisi ilə də bacarmamışdı.