Daha bir jurnalist prokurorluqda dindirildi -

daha-bir-jurnalist-prokurorluqda-dindirildi-
Oxunma sayı: 726


“Qafqazinfo”nun məlumatına görə, bizimyol.info saytına açıqlama verən Aytən Fərhadova bildirib ki, ona əvvəlcə avqustun 20-də Mingəçev Şəhər Polis Şöbəsində Bəhruz Hacıyevin intihar etməsindən sonra baş vermiş hadisələrlə bağlı suallar verilib.

Daha sonra isə Meydan TV-nin fəaliyyəti ilə bağlı suallar soruşulub: "Detallı olaraq soruşdular ki, əvvəllər harada işləmişəm, son iş yerimdən niyə çıxmışam, Meydan TV ilə hansı formada əməkdaşlıq edirəm, əməkhaqqı alırammı, əməkhaqqı almıramsa niyə əməkdaşlıq edirəm və s. Xüsusilə maliyyə məsələləri ilə bağlı detallarla daha çox maraqlanırdılar”.

“Qafqazinfo”