Daha bir jurnalistin cəsədi tapıldı - 10 gün əvvəl itmişdi

daha-bir-jurnalistin-cesedi-tapildi
Oxunma sayı: 2510

Rusiyada yoxa çıxan jurnalist – “Arqumentlər və faktlar” qəzetinin itkin düşmüş əməkdaşı Sergey Qraçevin cəsədi tapılıb.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Nijni-Novqorodun axtarış-xilasetmə qrupunun əməkdaşları bildiriblər. Qraçevin ölüm səbəbi bilinmir. 

Qeyd edək ki, Qraçevi sonuncu dəfə iyulun 21-də “Şeraton” mehmanxanasından çıxarkən görüblər.