Daha bir jurnalistin övladı balkondan düşərək öldü

daha-bir-jurnalistin-ovladi-balkondan-duserek-oldu
Oxunma sayı: 4771


“Şərq qəzeti”nin əməkdaşı, jurnalist Anar Bayramoğlunun ailəsinə ağır itki üz verib. 

Belə ki, onun 5 yaşlı qızı Cavidan 6-cı mərtəbədən yıxılaraq həyatını itirib. “Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalistin həmkarı Əzizə İsmayılova şəxsi facebook səhifəsində yazıb:

“İndicə aldığım xəbərdən ŞOK oldum. Jurnalist dostum, "Şərq qəzeti"ndə il yarım çörək kəsdiyim, Anar Bayramoğlunun 5 yaşlı qızı Cavidan 6-cı mərtəbədən yıxılaraq həyatını itirib..  Nə deyim, ay Anar, nə deyim ki, təsəlli olsun?!.. Məkanı cənnət olsun deyim-zatən cənnətlikdir..

Aman Allahım, niyə belə? Axı o körpənin günahı nə idi? . Anar, necə çox istəyirdi qızını..Nəfəs alırdı onunla..Torpaq apardı..”

Qeyd edək ki, bir neçə həftə bundan əvvəl tanınmış jurnalist Ayaz Mirzəyevin də 3 yaşlı oğlu Maqsud binanın 4-cü mərtəbəsindən yıxılaraq vəfat etmişdi.

Allah rəhmət eləsin!