Şirvanda kişi meyiti tapılıb.
"Qafqazinfo" xəbər verir ki, Şirvan sakini, 1958-ci il təvəllüdlü Əhədov Böyükağa Həmidağa oğlunun meyiti şəhərin H.Əliyev prospektində yerləşən köhnə peşə məktəbinin həyətindən tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər şobəsinə aparılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Daha əvvəl Göygöl rayonunda çay kənarında kişi meyiti aşkarlanıb.
Tural Hüseynli
Son xəbərlər
Son Xəbərlər