Daha bir komanda Azərbaycan çempionatında uzaqlaşdırıldı

daha-bir-komanda-azerbaycan-cempionatinda-uzaqlasdirildi
Oxunma sayı: 683

“Şərurspor”un 19 yaşadək futbolçulardan ibarət komandası Azərbaycan çempionatından kənarlaşdırılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu haqda AFFA İntizam Komitəsi qərar qəbul edib. Səbəb kimi komandanın 3-cü dəfə çempionat oyununda iştirak etməməsi göstərilib. "Şərurspor" martın 29-da "Zirə" ilə səfər matçına yollanmayıb. İntizam Komitəsi kluba 0:3 hesablı texniki məğlubiyyət də verib. 
 
Qeyd edək ki, bir müddət öncə "Şərurspor"un əsas komandası danışılmış oyunlarda iştirak etdiyi üçün Azərbaycan I Divizionundan kənarlaşdırılmışdı.