Daha bir kürəkən cinayəti- - İki nəfəri bıçaqladı

daha-bir-kureken-cinayeti-
Oxunma sayı: 1370


Kəpəz Rayon Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Gəncə sakini İnqilab Rəhimov ailədaxilində baş verən davada qayınatası 1963-cü il təvəllüdlü Fərail Abbasovu və qaynı, 1993-cü il təvəllüdlü Təbriz Abbasovu bıçaqlayıb. Davaya İ.Rəhimovun yoldaşının ondan ayrılaraq atası evinə gəlməsi səbəb olub.

T.Abbasovun kürəyindən, qarnından və bir neçə yerindən 5-6 bıçaq zərbəsi alıb. Qayınatası F.Abbasov isə boynundan bir neçə bıçaq zərbəsi alıb. Oğlunun vəziyyəti orta-ağır, atanın vəziyyəti isə ortadır. 

Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Saxlanılması istiqamətində araşdırmalar davam etdirir.

Ailənin 6 aylıq bir övladı var. Münaqişə zamanı İ.Rəhimovin həyat yoldaşı xəsarət almayıb.

Murad Əhməd