Daha bir layihəyə start verildi- - Fotolar

daha-bir-layiheye-start-verildi-
Oxunma sayı: 1180


“Qafqazinfo”nun məlumatına görə, bu münasibətlə Məhsəti Mədəniyyət Mərkəzində tədbir keçirilib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Naqif Həmzəyev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov, şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov, gənclər təşkilatlarının nümayəndələri və avropalı gənclər iştirak ediblər.

Layihə çərçivəsində avropalı peşəkar və həvəskar fotoqraflar Gəncə şəhərinin və Gəncə gənclərinin şəkillərini çəkəcək, professional və təcrübəli münsiflər heyəti isə çəkilmiş şəkillərdən 50 ən uğurlu şəkili seçəcək. 

Beləliklə, Avropalı fotoqraflar öz ölkələrinə qayıtdıqdan sonra həmin şəkilləri Avropanın 14 ölkəsində təşkil edəcəkləri foto sərgilərdə nümayiş etdirəcəklər. Bununla bərabər, Məhsəti Mərkəzində layihə iştirakçılarının 5 gün ərzində çəkdikləri şəkillərin foto sərgisi təşkil olunacaq.

Beynəlxalq layihədə Litva, Rumıniya, Polşa, Çexiya, Finlandiya, Ukrayna, Türkiyə, Gürcüstan, Monteneqro, Estoniya, Portuqaliya, Yunanıstan, Sloveniya, Serbiya, Macarıstan və Azərbaycandan 20 gənc iştirak edir.