Dünən Bakıda daha bir marşrut avtobusu qəza törədib.
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə aprelin 8-də saat 18 radələrində Yasamal rayonunun A.Şərifzadə küçəsində baş verib.
Bakı şəhər sakini Aslan Məmmədov idarə etdiyi “Daewoo” markalı avtomobillə (18 saylı xətt avtobusu) yolu keçən qucağında 4-5 yaşlı qız uşağı olan 25-30 yaşlı qadını vurub və onlar xəstəxanaya yerləşdiriliblər.
Yasamal RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər