Daha bir maşın aşdı- - Daşkəsəndə+Ölən var

daha-bir-masin-asdi-
Oxunma sayı: 1326


“Qafqazinfo” xəbər verir ki, Daşkəsən rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə yanvarın 7-də, axşam saatlarında rayonun Quşçu kəndi ərazisində baş verib. Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü Zöhrab Bayramov idarə etdiyi “Mercedes” markalı avtomobillə idarəetməni itirərək maşını yolun kənarındakı dərəyə aşırıb.

Hadisə zamanı sürücü ölüb, avtomobildə olan Samux rayon Sərkar kənd sakini, 1986-cı il təvəllüdlü Hüseyn Axundov isə yaralanaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır