Daha bir məktəb əyani tədrisə qayıtdı

daha-bir-mekteb-eyani-tedrise-qayitdi
Oxunma sayı: 866

Paytaxtdakı Məktəb-Lisey Kompleksində əyani dərslər bərpa edilib.

Bu barədə “Qafqazinfo”ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Belə ki, məktəb-liseyin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.