Daha bir məntəqə etibarsız sayıldı

daha-bir-menteqe-etibarsiz-sayildi
Oxunma sayı: 2045

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında 25 saylı Nizami birinci seçki dairəsindən daxil olan şikayətə baxılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu dairədən namizəd Ramil Əbilov şikayətində səsvermə zamanı pozuntular olduğunu bildirib. Səsvermə nəticəsində həmin dairə üzrə 26 saylı seçki məntəqənin nəticələri etibarsız hesab edildiyi üçün ləğv edilib.

Qeyd edək ki, bu dairə üzrə lider YAP-ın namizədi, keçmiş deputat Sədaqət Vəliyevadır.