Daha bir məsciddən 127 manat oğurlayıblar

daha-bir-mescidden-127-manat-ogurlayiblar
Oxunma sayı: 1606

Masallı rayonunun Aşurlu kənd məscidindəki seyfdən oğurluq etdiklərinə görə tutulmuş Əli Zeynalovla Nizami Mahmudovun digər cinayətlərinin də üstü açılıb.

“Qafqazinfo” xəbər verir ki, əvvəllər məhkum olunmuş Ə.Zeynalov və N.Mahmudov aprelin 13-də Boradigah qəsəbəsindəki məsciddən də oğurluq ediblər. Onlar məscidin seyfinin qıfılını sındıraraq 127 manat pul oğurlayıblar. Hazırda araşdırmalar aparılır. 

Xatırladaq ki, ittiham edilənlər Masallı rayonu Bədəlan kəndinin Aşurlu məhəlləsində yerləşən məsciddən də 2300 manat, 1300 ABŞ dolları, 16400 rus rublu oğurlamışdılar.