Daha bir məşhur cütlük ayrıldı - Fotolar

daha-bir-meshur-cutluk-ayrildi
Oxunma sayı: 6675

Aktyor Engin öztürk sevgilisi İdil Fıratdan ayrılıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, cütlük 8 aylıq sevgi münasibətinə son qoymaq qərarına gəlib.

Türkiyə KİV-ləri cütlüyün ayrılmasına “Fənərbaxça” FK-nun İdarə heyətinin üzvü Öndər Fıratın səbəb olduğunu iddia edib.

Məlumata görə, Öndər Fırat 2015-ci ilin iyun ayında başlayan münasibətə qarşı çıxıb, qızını aktyordan ayrımağa çalışıb. 

Qeyd edək ki, Engin ötən ilin dekabr ayında İdili ailəsiylə tanış etmiş, onların evlilik barədə rəyini almışdı.