Daha bir məşhur futbolçu Səudiyyə Ərəbistanına gedir

daha-bir-meshur-futbolcu-seudiyye-erebistanina-gedir
Oxunma sayı: 2061

Sergey-Milinkoviç Saviç də Səudiyyə Ərəbistanına gedir. Avropa nəhənglərindən birinə keçəcəyi deyilən serb yarımmüdafiəçi gözlənilməz qərar verib.

“Qafqazinfo” xəbər verir ki, Serbiya millisinin üzvü “Əl Hilal”la anlaşıb. Ərəblər futbolçuya illik 20 milyon avro maaş verəcək. Hazırda müqavilənin müddəti dəqiqləşdirilir. 

Tərəflər razılığa gələrsə, “Latsio”nu razı salmaq çətin olmayacaq. Roma klubunu “Əl Hilal”ın transfer üçün göndərdiyi 40 milyon avroluq təklif qane edir.