Azərbaycanın Milli Qəhrəmanı Kərəm Ərşad oğlu Mirzəyevin Qubadlı rayonundakı məzar daşı bərpa olunub.
Bu barədə “Qafqazinfo”ya Milli Qəhrəmanın yaxınları məlumat veriblər.
K. Mirzəyev 1960-cı ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olub. 1990-cı ildən Qubadlı Rayon Polis şöbəsində çalışıb. Polis baş leytenantı rütbəsini daşıyıb. 1 oktyabr 1992-ci ildə Laçın rayonunun Mazutlu kəndi yaxınlığında gedən döyüşdə 72 nəfər döyüş yoldaşını mühasirədən xilas edib, özü isə qəhrəmancasına şəhid olub.
Milli Qəhrəman doğulduğu Xanlıq kəndində dəfn olunub.
Gülnar Əliyeva



Son xəbərlər
Son Xəbərlər