Daha bir Milli Qəhrəmanın Qubadlıdakı məzar daşı bərpa edildi - Foto

daha-bir-milli-qehremanin-qubadlidaki-mezar-dasi-berpa-edildi
Oxunma sayı: 2401

Azərbaycanın Milli Qəhrəmanı Kərəm Ərşad oğlu Mirzəyevin Qubadlı rayonundakı məzar daşı bərpa olunub. 

Bu barədə “Qafqazinfo”ya Milli Qəhrəmanın yaxınları məlumat veriblər. 

K. Mirzəyev 1960-cı ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olub. 1990-cı ildən Qubadlı Rayon Polis şöbəsində çalışıb. Polis baş leytenantı rütbəsini daşıyıb. 1 oktyabr 1992-ci ildə Laçın rayonunun Mazutlu kəndi yaxınlığında gedən döyüşdə 72 nəfər döyüş yoldaşını mühasirədən xilas edib, özü isə qəhrəmancasına şəhid olub.

Milli Qəhrəman doğulduğu Xanlıq kəndində dəfn olunub.

Gülnar Əliyeva