Daha bir miqrant faciəsi - 97 nəfərin taleyindən xəbər yoxdur

daha-bir-miqrant-faciesi
Oxunma sayı: 643

Liviyanın Trablus şəhəri yaxınlığında, Aralıq dənizi sahillərində daha bir miqrant faciəsi baş verib.

“Qafqazinfo”nun “Reuters”ə istinadən verdiyi məlumata görə, 120 nəfərin olduğu qayıq batıb. Hadisə nəticəsində 23 nəfər xilas olunub, 15 qadın və uşaqların olduğu 97 mühacirin taleyindən isə xəbər yoxdur. 

Qeyd edək ki, son 3 il ərzində 150 mindən çox miqrant qeyri-qanuni yollarla Liviyadan İtaliyaya getməyə çalışıb. Ötən il Aralıq dənizi sahillərində  baş verən qayıq qəzalarında ümumilikdə 5 min qaçqın ölüb.