Daha bir MMC koronavirusla mübarizəyə pul ayırdı

daha-bir-mmc-koronavirusla-mubarizeye-pul-ayirdi
Oxunma sayı: 1563

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Mühafizə Xidməti MMC də Prezident İlham Əliyevin çağırışına qoşularaq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat köçürüb.

Bu barədə "Qafqazinfo"ya AAYDA Mühafizə Xidmətindən məlumat verilib.

Qeyd edək ki, Prezident İlham Əliyev 19 mart 2020-ci il tarixli fərmanla Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıb. Prezidentin ehtiyat fondundan ilkin olaraq 20 milyon manat bu fonda ayıran Prezident daha sonra bir illik əmək haqqını da fonda hədiyyə edib.