Daha bir müəllim koronavirusdan öldü

Daha bir müəllim koronavirusdan öldü
Oxunma sayı: 4865

Azərbaycanda daha bir müəllim koronavirusdan dünyasını dəyişib.

"Qafqazinfo" xəbər verir ki, bu dəfə Bakı şəhəri 59 nömrəli orta məktəbin rus dili və ədəbiyyat müəllimi Pəri Məmmədova virusun qurbanı olub.

Məktəbin yaydığı məlumatda bildirilir ki, P. Məmmədova bu gün dünyasını dəyişib: "Mərhum hər zaman öz işinin peşəkarı, səmimiliyi ilə seçilib".