Daha bir müəllim koronavirusun qurbanı oldu

Daha bir müəllim koronavirusun qurbanı oldu
Oxunma sayı: 3970

Bakı şəhəri Xətai rayonu 265 nömrəli tam orta məktəbin rus dili müəllimi Yeganə Əliyeva koronavirusdan vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

“COVID-19”a yoluxan 62 yaşlı müəllimin bu gün dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Y. Əliyeva M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirib. 1982-ci ildən əmək fəaliyyətinə başlayıb.