Daha bir müsavatçı istefa verib

daha-bir-musavatci-istefa-verib
Oxunma sayı: 961


O, Müsavat Partiyasının apardığı yarıtmaz siyasətə etiraz əlaməti olaraq Musavat partiyası sıralarından istefa verdiyini bildirib: “Bu gündən etibarən siyasətlə məşğul olmayacağımı bəyan edirəm. Arqumentimi əsaslandırmaq üçün İsa Qəmbər və Mustafa Hacıbəylidən başqa istənilən partiya funksioneri ilə debata hazıram”.

M. Zeynalov açıqlamasında Müsavat rəhbərliyinin apardığı siyasətə etiraz əlaməti olaraq, partiyadan istefa verdiyini bildirib: “Bütün siyasi partiyalar özlərini təcrid edib, milli məfkurədən kənarda qalıb. Milli Şura pis-yaxşı nəsə edirdi. Ancaq Müsavat Partiyasının nə etdiyi mənə məlum deyil. Bu, yarıtmaz siyasətdir. Mən artıq bundan sonra siyasətlə məşğul olmayacağam”. 

M. Zeynalov istefa verməsinə Müsavat Partiyasının sonuncu qurultayının nəticələrinin də təsir etdiyini vurğulayıb: “Arif Hacılı tək deyil, orda başqa adamlar da var. Yəni, mən məhz Müsavat rəhbərliyinin apartdığı siyasətə görə belə bir addım atmışam”.