Daha bir narkotik satıcısı saxlanıldı

Daha bir narkotik satıcısı saxlanıldı
Oxunma sayı: 1200

Gəncədə narkotik satıcısı saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Gəncənin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş 1976-cı il təvəllüdlü Həsən Quliyev saxlanılıb. Onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman 10.5 qram çəkidə narkotik vasitə olan marixuana və 1.2 qram heroin aşkar olunaraq götürülüb.

H. Quliyevin şəhər ərazisindəki yaşadığı mənzilə baxış keçirilən zaman oradan 1 kiloqram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi